Balakən rayonunun Mahamalar kəndində bıçaqlanma hadisəsi baş verib.
Yurd.Media-nın məlumatına görə, hadisə bugün saat 19:00 radələrində qeydə alınıb. 1960-cı il təvəllüdlü Sədrəddin Əyyub oğlu Malahov bıçaq xəsarəti alıb.
Hadisəni törətməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü Məhəmməd Əyyub oğlu Malahov polis əməkdaşları tərəfindən saxlanılıb.