“Unibank Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) iki müştərisinə qarşı Suraxanı Rayon Məhkəməsində iddia qaldırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank cavabdehdən 2999 manat əsas, 257 manat faiz, 47 manat cərimə, 7 manat komisyon haqqı borcu olmaqla, cəmi 3312 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 53 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilib və cəmi 3234 manat məbləğində borc və 52 manat məbləğində dövlət rüsumu bankın xeyrinə tutulması barədə qətnamə çıxarılıb.
Bundan başqa, "Unibank" digər müştərisinə qarşı həmin məhkəmədə 1264 manat əsas, 280.69 manat faiz, 56.77 manat cərimə olmaqla, cəmi 1601.89 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 36 manat məbləğində vəsaitin tutulması barədə iddia qaldırıb. Məhkəmə bu iddianı tam təmin edib.