“Unibank” Açıq Səhimdar Cəmiyyəti (ASC) Gədəbəy rayonunda iki müştərisini məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank bununla bağlı Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək bir cavabdehdən 4566 manat əsas, 780 manat faiz, 131 manat cərimə borcu olmaqla, cəmi, 5477 manat borc və ödənilmiş 75 manat dövlət rüsumunun tutulmasını istəyib.
“Unibank” daha bir müştəri ilə bağlı isə 9252 manat əsas, 1711 manat faiz, 38 manat cərimə borcu olmaqla, cəmi, 11001 manat borc və ödənilmiş 123 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını istəyib.
Məhkəmə hər iki iddianı təmin edib.
Qeyd edək ki, “Unibank”ın problemli kreditlərinin həcmi durmadan artır. Bu ilin ilk rübündə vaxtı keçmiş kreditlərin həcmi 64,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% artım deməkdir.
Həmin kreditlərin bir çoxu məhkəmə çəkişməsinə səbəb olur. Misal üçün bu il Bakının Suraxanı və Xəzər rayonlarında, həmçinin Şəmkir rayonundan olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb.