“Unibank” Açıq Səhimdar Cəmiyyəti (ASC) Şəmkirdən olan üç müştərisinə qarşı məhkəmə iddiası qaldırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank Şəmkir Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən birindən 1395 manat əsas, 249 manat faiz, 25 manat cərimə olmaqla, cəmi 1670 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 37 manat məbləğində vəsaitin tutulmasını istəyib.
“Unibank” digər bir müştərisinə qarşı qaldırdığı iddia ərizəsində isə 2500 manat əsas, 66 manat faiz, cəmi 2566 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 46 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi istəyir.
İddiaçı bank digər cavabdehdən isə 682 manat əsas, 57 manat faiz, 7 manat cərimə, cəmi 746 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
Hər üç iddia ərizəsinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Ayrı-ayrılıqda baxılan iddia ərizələri təmin olunub.
Qeyd edək ki, bundan qabaq “Unibank” Bakının Suraxanı və Xəzər rayonlarından olan müştəriləri ilə də məhkəmə çəkişməsində olub.