SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Unibank” Siyəzəndə verdiyi kreditləri məhkəmə ilə yığır

“Unibank” Siyəzəndə verdiyi kreditləri məhkəmə ilə yığır

  • 01 may 2026, 09:03
Siyəzən

“Unibank” Açıq Səhimdar Cəmiyyəti (ASC) daha bir neçə müştərisinə qarşı iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank bununla bağlı Siyəzən Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1048 manat əsas, 168 manat faiz, 29 manat cərimə olmaqla, cəmi 1245 manat borcun, 33 manat məhkəmə xərcinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilib.

Məhkəmə bu iddia tələbini qismən təmin edib və 1200 manat borc və məhkəmə xərcinin 96 faizi, yəni 31,55 manatını tutulması barədə qətnamə çıxarılıb.

Bundan başqa, həmin məhkəmədə bank digər müştərisinə qarşı 5237 manat əsas, 247 manat faiz, 36 manat cərimə olmaqla, cəmi 5520 manat borcun və ödənilmiş 75 manat məbləğində məhkəmə xərcinin tutulması barədə qətnamə çıxarılması istənilib.

Daha bir müştəriyə qarşı isə 500 manat əsas, 73 manat faiz, 24 manat cərimə olmaqla, cəmi 597 manat borc və 30 manat dövlət rüsumunun, eləcə də 0,40 manat xidmət haqqının tutulması barədə iddia qaldırılıb.

Bundan əlavə bankın xeyrinə 5700 manat əsas, 440 manat faiz borcu olmaqla, cəmi 6140 manat borcun, 0,40 manat xidmət haqqının və ödənilmiş 81 manat məbləğində məhkəmə xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş edilib.

Məhkəmə hər üç iddia tələbini tam təmin edib.

Qeyd edək ki, “Unibank”ın problemli kreditlərinin həcmi durmadan artır. Bu ilin ilk rübündə vaxtı keçmiş kreditlərin həcmi 64,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% artım deməkdir. Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Unibank” ölkə bankları arasında ilk 10-luqdadır.

Həmin kreditlərin bir çoxu məhkəmə çəkişməsinə səbəb olur. Misal üçün bu il Bakının SuraxanıXəzər rayonlarında, həmçinin ŞəmkirGədəbəy rayonlarından olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb. Eyni məsələ ilə bağlı Şuşa Rayon Məhkəməsində də bir sıra çəkişmələr baş tutub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları