“Aztelekom” MMC-də yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Seyfəddin Zeynalov "Aztelekom"da layihələrin idarə edilməsi departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
Bununla bağlı “Aztelekom” MMC-nin Baş direktor vəzifəsini icra edən Həsən Ömərov müvafiq əmr imzalayıb.
Seyfəddin Zeynalov bu təyinatadək "Aztelekom"da tikinti sektorunun rəhbəri vəzifəsini icra edib. O, 2024-cü ildən bu vəzifədə çalışıb.
Bundan əvvəl isə 2022-ci ilin noyabrından 2024-cü ilin dekabrınadək Aztelekom-da baş mütəxəssis vəzifəsində işləyib.
Seyfəddin Zeynalov 2019-cu ilin yanvarından 2022-ci ilin oktyabrınadək Netframe şirkətində mobil şəbəkələrin layihələndirilməsi üzrə mühəndis olub.
O, 2013-cü ilin avqustundan 2018-ci ilin dekabrınadək özəl telekommunikasiya şirkətində mobil şəbəkələrin layihələndirilməsi və layihələrin idarə edilməsi üzrə mühəndis vəzifəsində çalışıb.
Seyfəddin Zeynalov