2027-ci ildə dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV), İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) və “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin saxlanılmasına 53,5 milyon manat xərclənəcək.
Yurd.Media xəbər verir ki, bu barədə “2027-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.
Sənədə əsasən, bu, 2026-cı illə müqayisədə 17,4% azdır. Xatırladaq ki, bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür, yəni teleradio işçiləri peşə bayramını qeyd edir.