SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Problemli kreditlər artır: “Unibank”dan ard-arda məhkəmə iddiası

Problemli kreditlər artır: “Unibank”dan ard-arda məhkəmə iddiası

  • 27 may 2026, 12:29
Ağdam

“Unibank” Açıq Səhimdar Cəmiyyəti (ASC) daha bir neçə müştərisinə qarşı məhkəmədə iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank R. Həsənovu Ağdam Rayon Məhkəməsinə verərək ondan 113 manat əsas, 22 manat faiz, 6 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilib. 

Bundan başqa, bankın nümayəndəsi Nübar Hüseynlinin imzası ilə sözügedən məhkəmədə problemli kreditlə bağlı daha bir iddia ərizəsi qaldırılıb. 

Bu dəfə bank daha bir müştərisi Ş. Məmmədovu məhkəməyə verərək ondan 1000 manat əsas borc, 182 manat faiz olmaqla cəmi 1182  manat borcun və 32 manat ödənilmiş dövlət rüsumunun tutulması tələb olunub. 

Ağdam Rayon Məhkəməsində L. Əsədova qarşı da iddia qaldırıb. Bank bu cavabdehdən 900 manat əsas, 148 manat faiz, 22 manat cərimə olmaqla cəmi 1070 manat borcun və 31 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilib. 

Məhkəmə hər üç iddia tələbini təmin edib. 

Qeyd edək ki, “Unibank”ın problemli kreditlərinin həcmi durmadan artır. Bu ilin ilk rübündə vaxtı keçmiş kreditlərin həcmi 64,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% artım deməkdir. Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Unibank” ölkə bankları arasında ilk 10-luqdadır.

Həmin kreditlərin bir çoxu məhkəmə çəkişməsinə səbəb olur. Misal üçün bu il Bakının Suraxanı, Xəzər  və Səbail rayonlarında, həmçinin ŞəmkirGədəbəySiyəzən rayonlarından olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb. Eyni məsələ ilə bağlı Şuşa Rayon Məhkəməsində də bir sıra çəkişmələr baş tutub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları