SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“Luxpy İmport”un BƏƏ-yə köçürdüyü pul məhkəmə araşdırmasına səbəb oldu

“Luxpy İmport”un BƏƏ-yə köçürdüyü pul məhkəmə araşdırmasına səbəb oldu

  • 22 noyabr 2026, 09:03

“Luxpy İmport” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində inzibati protokol tərtib edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Luxpy İmport” MMC tərəfindən 273 420 BƏƏ dirhəmi (təxminən 126 min manat) məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. 

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Azərbaycan Mərkəzi Bankı tərəfindən “Luxpy İmport” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib. 

Məhkəmə araşdırması zamanı məlum olub ki, MMC sonradan ölkə xaricinə köçürmüş olduğu avansı bağlayıb. 

Bu səbəbdən də məhkəmə inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edib.

Skat.az - Ev və Avtomobil elanları