“L FİN” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştərisini məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, iddiaçı “L FİN” MMC cavabdehə qarşı pul tələbinə dair ərizə ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edib.
İddiaçı cavabdehdən 885 manat məbləğində əsas borc, 89 manat məbləğində cərimə, 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1004 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
Belə ki, şirkət tərəfindən “Samsung A566” markalı telefon cavabdehə nisyə satılıb. Müqaviləyə əsasən cavabdeh tərəfindən ilkin ödənişsiz, 885 manat toplam məbləğin hər ay 74 manat, sonuncu ay 71 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulub. Müştəri isə kreditdən 1 manat da ödəməyib.
Məhkəmə iddia tələbini qismən təmin edib.
Qeyd edək ki, “L FİN” MMC bundan əvvəl kreditə satdığı “iPhone 17 pro” markalı telefona görə Ağdam Rayon Məhkəməsinə müraciət etmişdi.