Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə keçirdikləri tədbirlərlə Milli Parkın su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan S.Babayev saxlanılıb.
Baxış zamanı ondan çəkisi 10 kiloqramdan artıq müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.