SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Maliyyə Nazirliyi “Master İnşaat”ı CƏRİMƏLƏDİ

Maliyyə Nazirliyi “Master İnşaat”ı CƏRİMƏLƏDİ

  • 21 noyabr 2026, 11:13

Azərbaycanda tikinti və izolyasiya materiallarının satışı ilə məşğul olan “Master İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən “Master İnşaat” MMC-də yoxlama aparılıb. 

Məlum olub ki, “Master İnşaat” MMC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb. 

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati protokol tərtib edilib. 

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə “Master İnşaat” MMC 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, “Master İnşaat” MMC 2017-ci ildən fəaliyyət göstərir. Direktoru Ariz İbadov olan şirkətin nizamnamə kapitalı 10 manatdır.

Skat.az - Ev və Avtomobil elanları