SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Asim Ağaverdiyev “GreenTech Azerbaijan”da yeni vəzifəyə təyin olunub

Asim Ağaverdiyev “GreenTech Azerbaijan”da yeni vəzifəyə təyin olunub

  • 22 noyabr 2026, 19:42

“GreenTech Azerbaijan”da yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Asim Ağaverdiyev “GreenTech Azerbaijan” şirkətində mühasibatlıq departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

O, bundan əvvəl, 2025-ci ilin avqustundan 2026-cı ilin iyun ayınadək “Frutena” şirkətində maliyyə departamentinin rəhbəri, həmin ilin martından avqustunadək isə “Oven Food Bakery”də maliyyə departamentinin rəhbəri vəzifəsini icra edib.

A.Ağaverdiyev 2021-ci ilin iyunundan 2025-ci ilin martınadək “Agro-West DC” şirkətində pərakəndə satış üzrə baş mühasib, 2020-ci ilin fevralından 2021-ci ilin iyun ayınadək “PAKDAD GROUP”da baş mühasib olub.

O, 2019-cu ilin iyulundan 2020-ci ilin fevralınadək “Veyseloglu Group of Companies”də xarici şirkətlər üzrə mühasibatlıq rəhbəri, 2017-ci ilin oktyabrından 2019-cu ilin iyulunadək isə həmin qrupa daxil olan “Baku Retail Group” MMC-də baş mühasib vəzifəsində çalışıb.

Bundan əlavə, A.Ağaverdiyev 2017-ci ilin iyulundan noyabrınadək “Veyseloglu Group of Companies”də baş vergi mühasibi, 2015-ci ilin fevralından 2017-ci ilin iyulunadək “Novco Group of Companies”də baş mühasib, 2013-cü ilin iyulundan 2015-ci ilin fevralınadək isə “Araz Supermarket” MMC-də vergi mühasibi olub.

Asim AğaverdiyevAsim Ağaverdiyev

Skat.az - Ev və Avtomobil elanları