SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Mərkəzi Gömrük Hospitalından saxta xidmət və qiymət məlumatları ilə bağlı AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalından saxta xidmət və qiymət məlumatları ilə bağlı AÇIQLAMA

  • 23 noyabr 2026, 16:33

Sosial şəbəkələrdə, o cümlədən Instagram-da Mərkəzi Gömrük Hospitalının adından xəstəxananın göstərmədiyi tibbi xidmətlər və onların qiymətləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Yurd.Media xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalı məlumat yayıb.

Hospital bildirib ki, həmin paylaşımlar onun rəsmi mövqeyini əks etdirmir və yayılan qiymətlərin təsdiqlənmiş tariflərlə əlaqəsi yoxdur.

Vətəndaşlardan tibbi xidmətlər və tariflər barədə məlumatı yalnız Mərkəzi Gömrük Hospitalının rəsmi mənbələrindən əldə etmələri xahiş olunub.

Skat.az - Ev və Avtomobil elanları