SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank

Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi — Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən müvafiq icra hakimiyyəti orqanı.

Haqqında
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə yenidən təşkil edilmişdir.

Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır.

Tarixi
1918-ci il may ayında Azərbaycan Milli Şurası Demokratik Respublikanın ilk hökumətinin tərkibində Əkinçilik və Əmək Nazirliyi, 1918-ci ilin oktyabrında Dövlət Əmlakı və Əkinçilik Nazirliyi və 1920-ci ildə yaradılan Dövlət Torpaq Komissarlığı adları altında 1946-cı ilədək fəaliyyət göstərmişdir.

1946-cı ilin yanvarında Torpaq Komissarlığı Əkinçilik Nazirliyinə, həmin ilin fevralında Kənd Təsərrüfatı Nazirliyinə çevrildi.

Nazirlər Sovetinin 15 fevral 1947-ci il tarixli qərarı ilə Texniki Bitkilər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil edildi. Azərbaycan KP MK və Nazirlər Sovetinin 3 dekabr 1985-ci il tarixli 392 nömrəli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatının İstehsalat-Texniki Təminatı Dövlət Komitəsi, Nazirlər Soveti yanında Kənd Təsərrüfatının aqrokimyəvi xidmət üzrə elmi-istehsalat birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda tikinti üzrə Baş respublika idarəsi ləğv edilərək onların bazasında Dövlət Aqrar Sənaye Komitəsi yaradıldı.

1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərüfatı və Ərzaq Nazirliyi yaradılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini davam etdirir.

Əsas vəzifələri
Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlətin siyasətini işləyib hazırlamaq və həyata keçirmək;
aqrar bölmədə islahatların aparılmasını təmin etmək, özəl bölmənin inkişafını sürətləndirmək üçün tədbirlər görmək;
aqrar bölməyə daxil olan sahələrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək və onların həyata keçirilməsi üçün tədbirlər görmək;
Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə normativ hüquqi tənzimləməni, o cümlədən iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirmək;
aqrar bölmənin inkişafına yönəldilmiş proqramlar hazırlamaq və onların həyata keçirilməsini təmin etmək, aqrar bölmənin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlamaq;
aqrar bölmədə dövlət əmlakının səmərəli istifadə edilməsinə nəzarət etmək və bu sahədə dövlət maraqlarının qorunmasını təmin etmək;
aqrar bölmədə beynəlxalq əməkdaşlığı həyata keçirmək;
aqrar bölməyə sərmayələrin cəlb edilməsini təmin edən tədbirlər görmək, o cümlədən aidiyyəti dövlət orqanları ilə birlikdə investisiya layihələrinin həyata keçirilməsi üçün tədbirlər görmək;
Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi üçün aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək;
aqrar bölmədə yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görmək, kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları üçün aqroservis, aqrokimyəvi, məsləhət və digər xidmətlərin göstərilməsinə kömək etmək;
kənd təsərrüfatı üçün yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə və onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət etmək;
kənd yerlərində infrastrukturun inkişafı və sosial problemlərlə bağlı məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;
Nazirliyin sisteminə daxil olan qurumların işini əlaqələndirmək;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər Vəzifələri yerinə yetirmək.

Tabeliyindəki qurumlar
Aqrar Kredit və İnkişaf Agentliyi
Aqrar Xidmətlər Agentliyi
Aqrar Tədqiqatlar Mərkəzi
Aqrar Tədarük və Təchizat
Aqrar Elm və İnnovasiyalar Mərkəzi
Aqroservis
Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi
Azərbaycan Dövlət Aqrar Universiteti
Dövlət Aqrar İnkişaf Mərkəzi
Dövlət Aqrar Ticarət Şirkəti
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu
Dövlət Aqrar Ticarət Şirkəti
Dövlət Toxum Fondu
Azərbaycan Təcrübə Sınaq və Təmir Zavodu
Respublika Süni Mayalanma Mərkəzi
Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanası
Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi

Beynəlxalq əməkdaşlıq
Kənd Təsərrüfatı Nazirliyi, FAO, GTZ, TİKA, ABŞ-nin Beynəlxalq Yardım və İnkişaf Agentliyi (USAİD), Dünya Bankı, Asiya və İslam İnkişaf Bankları, İFAD, EKO, Avropa Komissiyasının Ərzaq Təhsükəsizliyi proqramı, Avropa Birliyi və onun TACİS proqramı, Beynəlxalq Elm Mərkəzləri ilə işgüzar əlaqələri genişlənmiş, onların maliyyə dəstəyi və texniki yardımı ilə həyata keçirilən 25-ə yaxın beynəlxalq layihələr Azərbaycanda aparılan aqrar islahata müsbət təsirini göstərib.

Azərbaycanın ən böyük suvarma kanalının yenilənməsi işləri nə yerdədir?
Ölkə
26.10.2026 18:16
Azərbaycanın ən böyük suvarma kanalının yenilənməsi işləri nə yerdədir?
“Aqrar tədarük və təchizat” ASC-də YENİ TƏYİNAT
Kənd təsərrüfatı
25.10.2026 15:24
“Aqrar tədarük və təchizat” ASC-də YENİ TƏYİNAT
Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu
Biznes
13.10.2026 18:25
Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu
Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT
Kənd təsərrüfatı
12.10.2026 21:08
Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT
Nazirlik: Biz pambıq alan deyilik
Kənd təsərrüfatı
08.10.2026 16:05
Nazirlik: Biz pambıq alan deyilik
Agentlik sədri Sərdar Hacıyevdən Tovuza təyinat - FOTO
Tovuz
06.10.2026 14:07
Agentlik sədri Sərdar Hacıyevdən Tovuza təyinat - FOTO
Məcnun Məmmədov müəllimə nazirlikdə yüksək vəzifə verdi - FOTO
Kənd təsərrüfatı
05.10.2026 17:41
Məcnun Məmmədov müəllimə nazirlikdə yüksək vəzifə verdi - FOTO
Bu dövlət qurumunun sözçüsü dəyişdi - FOTO
Ölkə
02.10.2026 21:53
Bu dövlət qurumunun sözçüsü dəyişdi - FOTO
Mehman Veysəlov bu nümayəndəsini işdən çıxardı - FOTO
Kənd təsərrüfatı
01.10.2026 18:22
Mehman Veysəlov bu nümayəndəsini işdən çıxardı - FOTO
Milli Depozit Mərkəzində departament və şöbə rəhbərləri TƏYİNATI - FOTO
Ölkə
29.09.2026 08:58
Milli Depozit Mərkəzində departament və şöbə rəhbərləri TƏYİNATI - FOTO
Agentliyə gələndən 9 ay sonra şöbə müdiri təyin edildi
Kənd təsərrüfatı
28.09.2026 15:37
Agentliyə gələndən 9 ay sonra şöbə müdiri təyin edildi
Keçmiş taksi şirkəti rəhbəri aqrar qurumda vəzifəyə TƏYİN OLUNDU
Kənd təsərrüfatı
14.09.2026 21:49
Keçmiş taksi şirkəti rəhbəri aqrar qurumda vəzifəyə TƏYİN OLUNDU
“Avrora” şirkətindən nazirliyə şöbə müdiri keçdi
Ölkə
12.09.2026 23:02
“Avrora” şirkətindən nazirliyə şöbə müdiri keçdi
Aqroparkdan Süni Mayalanma Mərkəzinə rəhbər təyinatı
Kənd təsərrüfatı
07.09.2026 19:52
Aqroparkdan Süni Mayalanma Mərkəzinə rəhbər təyinatı
Azərbaycanda 20 yeni butik şərab evi yaradılacaq
Kənd təsərrüfatı
07.09.2026 11:24
Azərbaycanda 20 yeni butik şərab evi yaradılacaq
Kənd Təsərrüfatı Nazirliyi arıçılar üçün limiti artırdı
Kənd təsərrüfatı
04.09.2026 12:59
Kənd Təsərrüfatı Nazirliyi arıçılar üçün limiti artırdı
Heyvanları təhlükəli xəstəliklərdən qorumaq üçün 3 milyon manat ayrılır
Kənd təsərrüfatı
31.08.2026 21:18
Heyvanları təhlükəli xəstəliklərdən qorumaq üçün 3 milyon manat ayrılır
Kənd Təsərrüfatı Nazirliyinin xarici borcu 100 milyon dollardan çoxdur
Kənd təsərrüfatı
14.08.2026 09:44
Kənd Təsərrüfatı Nazirliyinin xarici borcu 100 milyon dollardan çoxdur
Fərid Mustafayev: Sahibkarlıq pul qazanmaqdan əvvəl dəyər yaratmaqdır - MÜSAHİBƏ
Biznes
04.08.2026 10:52
Fərid Mustafayev: "Sahibkarlıq pul qazanmaqdan əvvəl dəyər yaratmaqdır" - MÜSAHİBƏ
Su çatışmazlığı yaşayan bölgələr açıqlanıb - SİYAHI
Kənd təsərrüfatı
30.07.2026 21:14
Su çatışmazlığı yaşayan bölgələr açıqlanıb - SİYAHI
“Azərsun Holdinq” və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb
Kənd təsərrüfatı
23.07.2026 15:36
“Azərsun Holdinq” və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb
Hansı tələbə nə qədər təqaüd ala bilər? – Bütün məbləğlər və şərtlər
Ölkə
23.07.2026 10:12
Hansı tələbə nə qədər təqaüd ala bilər? – Bütün məbləğlər və şərtlər
Fermerlərə 400-600 manatlıq cərimə xəbərdarlığı
Kənd təsərrüfatı
20.07.2026 12:23
Fermerlərə 400-600 manatlıq cərimə xəbərdarlığı
Daşkəsəndə Aqroturizm Festivalı keçirilib
Daşkəsən
19.07.2026 15:33
Daşkəsəndə Aqroturizm Festivalı keçirilib
Abşeronda çəyirtkələr belə məhv edilir - FOTO
Abşeron
09.07.2026 19:31
Abşeronda çəyirtkələr belə məhv edilir - FOTO
Vahid Ələkbərovun bankının borcları 28 milyon manatı ötdü
Maliyyə
06.07.2026 14:07
Vahid Ələkbərovun bankının borcları 28 milyon manatı ötdü
Nazirlikdən dənizkənarı ərazilərdə çəyirtkələrlə bağlı BƏYANAT - FOTO
Kənd təsərrüfatı
04.07.2026 17:13
Nazirlikdən dənizkənarı ərazilərdə çəyirtkələrlə bağlı BƏYANAT - FOTO