Kənd Təsərrüfatı Nazirliyi məhsulu biçilmiş əkin sahələrini yandıran fermerlərə xəbərdarlıq edib.
Yurd.Media-nın məlumatına görə, nazirlik bəyan edib ki, bu, ciddi qanun pozuntusudur və "Torpaqların münbitliyi haqqında" qanunun 9-cu maddəsinin tələbinin pozulmasıdır.
Bu qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən cərimə ödəməli olacaqlar. Cərimənin məbləği fiziki şəxslər üçün 400-600 manat, vəzifəli şəxslər üçün 1 500-2 000 manat, hüquqi şəxslər üçün isə 5 000-6 000 manatdır.