Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 155,8 min ton barama istehsal olunub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% azdır.
9 ay ərzində Azərbaycanda 11 905,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 1,1% çoxdur.