Yumurtanın bahalaşması yenə gündəmə gəlib.
Yurd.Media xəbər verir ki, Azərbaycanda kənd yumurtasının qiyməti ötən illə müqayisədə artıb.
Satıcılar "Xəzər Xəbər"ə bildiriblər ki, hazırda kənd yumurtası 35–40 qəpiyə satılır.
Ucar və Tovuz sakinləri qiymət artımını daşınma xərcləri, vasitəçilərin qazancı və payız mövsümündə toyuqların daha az yumurtlaması ilə əlaqələndirirlər.
Bakıda isə ferma yumurtası 16–25 qəpik, kənd yumurtası 35–40 qəpik arasında dəyişir. Satıcılar kənd yumurtasının az olması səbəbindən ona tələbatın yüksək olduğunu bildirirlər.