Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalanma Mərkəzində yeni təyinat olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Kamran Səmədov Mərkəzin Satış və logistika müdiri təyin edilib.
O, bundan əvvəl "Agro-West DC" MMC-də satış nümayəndəsi vəzifəsində çalışıb.
2023-cü ilin martından 2025-ci ilin iyulunadək "Leads Group Supply" şirkətində Satınalma mütəxəssisi vəzifəsində çalışıb.
K. Səmədov daha əvvəl Dövlət Vergi Xidmətində vergi müfəttişi kimi də çalışıb. O, 2016-cı ilin fevralından 2022-ci ilin dekabrınadək bu vəzifədə fəaliyyət göstərib.