Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Bərdə regional nümayəndəliyinin Ağdam rayon bölməsinin müdiri Asim Muradov vəzifəsindən azad edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, A.Muradov ötən ilin dekabrından bu vəzifədə çalışırdı. O, 2010-2025-ci illərdə isə Ağdam Rayon Maliyyə şöbəsinin rəisi vəzifəsində işləyib. O, hazırda yük avtomobillərinin ehtiyyat hissələrinin satışı üzrə fəaliyyət göstərən özəl şirkətdə çalışır.
Asim Muradov