SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Astarada ilk kivi yığımına start verildi - VİDEO

Astarada ilk kivi yığımına start verildi - VİDEO

  • 13 sentyabr 2026, 19:14
Astara

Astara bağlarında kivi yığımına başlanılıb, bu il məhsulun satış qiyməti ötən illə müqayisədə yüksəlib.

Yurd.Media xəbər verir ki, əsasən rayonun Təngərüd, Maşxan, Ərçivan, Şahağacı və Şiyəkəran kəndlərində, eləcə də Astara şəhəri ərazisində salınan kivi bağlarında bol məhsul yetişib. Fermerlərin sözlərinə görə, ötən il ilk yığım zamanı kivi 1,70-1,75 manata təklif olunurdusa, bu il məhsulun kiloqramı 1,90-2,20 manata satılır. 

Məhsul zədələnməməsi üçün əlnən dərilir. Dərilən kivi qablara yığılaraq, çeşidləmə üçün məntəqələrə təhvil verilir. Artıq yığılan məhsulun bir hissəsi daxili və xarici bazara göndərilib. 

Astara rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən "Xəzər Xəbər"ə bildirildi ki, bu il rayon ərazisindən 3000 ton məhsul götürülməsi gözlənilir. Əkilən məhsul isə hayvard və şahla sortudur.

Skat.az - Ev və Avtomobil elanları