SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Qubadlı rayonunun sosial-iqtisadi inkişaf GÖSTƏRİCİLƏRİ

Qubadlı rayonunun sosial-iqtisadi inkişaf GÖSTƏRİCİLƏRİ

  • 25 oktyabr 2026, 13:08
Qubadlı

2026-cı ilin yanvar-sentyabr aylarında Qubadlı rayonunda kənd təsərrüfatının ümumi məhsul istehsalı 10 milyon 684,1 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Yurd.Media-ya bildirilib ki, istehsalın 7 milyon 792,3 min manatı bitkiçiliyin, 2 milyon 891,8 min manatı isə heyvandarlığın payına düşüb.

Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 99 milyon 626,4 min manat, sənaye məhsulunun istehsalı isə 3 milyon 916,9 min manat olub.

2026-cı il sentyabrın 1-i vəziyyətinə rayonda muzdla çalışan işçilərin sayı 2 351 nəfər təşkil edib. Cari ilin yanvar-avqust aylarında orta aylıq nominal əməkhaqqı isə 901,5 manat olub.

Skat.az - Ev və Avtomobil elanları