Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 810,7 milyon ədəd yumurta istehsal olunub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% çoxdur. 9 ay ərzində Azərbaycanda 11 905,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
Bu, 1 il əvvələ nisbətən 1,1% çoxdur.