Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativi valyuta qaydalarını pozmaqda ittiham edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativi 15,9 min ABŞ dolları məbləğində vəsaiti 2024-cü ildə bank vasitəsilə avans olaraq ölkə xaricinə köçürüb.
Ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Bu səbəbdən Azərbaycan Mərkəzi Bankı tərəfindən Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativi barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə araşdırması zamanı Kənd Təsərrüfatı İstehsal İstehlak Kooperativinin nümayəndəsi qeyd edib ki, Kooperativ Türkiyənin “Teknopanel Çatı ve X2 San. Ve Ticaret A.Ş.” şirkətinə ümumilikdə 40 min ABŞ dolları məbləğində vəsait, o cümlədən 2024-cü ildə 15,9 min ABŞ dolları məbləğində vəsait köçürüb. Nümayəndənin qeydlərinə görə, köçürülmüş vəsaitin müqabilində gömrük bəyannamələri ilə Azərbaycana panellər gətirilib. Nümayəndə qeyd edilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edib.
Məhkəmənin qərarına əsasən, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kənd Təsərrüfatı İstehsal İstehlak Kooperativinin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilib.