Azərbaycanda "Taxıl haqqında", "Çayçılıq haqqında", "Pambıqçılıq haqqında" və "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanunların ləğv olunması nəzərdə tutulur.
Bu barədə Yurd.Media-ya ali qanunverici orqandan – Milli Məclisdən bildirilib.
Məlumata görə, buna səbəb Prezident İlham Əliyevin təşəbbüsü ilə “Aqrar sahə haqqında” ümumi qanunun layihəsinin hazırlanmasıdır.
Artıq sənəd ictimai müzakirəyə təqdim edilib və qəbul olunsa, adları çəkilən 4 qanuna ehtiyac qalmayacaq.
Xatırladaq ki, "Taxıl haqqında" qanun 16 iyun 2000-ci ildə, "Çayçılıq haqqında" qanun 17 dekabr 2002-ci ildə, "Pambıqçılıq haqqında" qanun 11 may 2010-cu ildə, "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun isə 14 iyun 2016-cı ildə qəbul edilib.