SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Nəsib İslamzadənin şirkətinin mayası 200 milyon manatı ötdü

Nəsib İslamzadənin şirkətinin mayası 200 milyon manatı ötdü

  • 12 noyabr 2026, 14:52

"Agricore Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə 5,5 milyon manat maya qoyuldu.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Agricore Group" MMC nizamnamə kapitalını 5 500 000 manat artıraraq 203 milyon manata çatdırıb.

Qeyd edək ki, “Azərşəkər” şirkətinə aid olan "Agricore Group" 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir. 

İki il əvvəl aqrar şirkətə İslamzadə Nəsib Malik oğlu baş icraçı direktor təyin edilib.

Skat.az - Ev və Avtomobil elanları