SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Yeni dövlət dəstəyi mexanizmi: dincə qoyulan torpağa görə ÖDƏNİŞ

Yeni dövlət dəstəyi mexanizmi: dincə qoyulan torpağa görə ÖDƏNİŞ

Azərbaycanda fermerlərə göstərilən dövlət dəstəyi mexanizmlərində yeni yanaşmalar tətbiq olunur.

Yurd.Media xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı bildirib ki, bu il ilk dəfə olaraq dincə qoyulan torpaqlara görə fermerlərə subsidiya ödənilib. 

Onun sözlərinə görə, indiyədək bu məqsədlə 3,5 milyon manat vəsait ayrılıb.

Agentlik sədri çıxışında kənd təsərrüfatı sahəsində fermerlərə göstərilən dövlət dəstəyi mexanizmlərindən danışaraq, subsidiyaların ödənilməsində yeni yanaşmanın tətbiq olunduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, cari ildən subsidiyaların avans şəklində ödənilməsi mexanizmi də işə salınıb. Yeni sistem fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki məlumatları əsasında müəyyən edilən reytinq ballarına əsaslanır.

Yalçın Camalov qeyd edib ki, skorinq modeli üzrə 30 baldan yüksək nəticə göstərən fermerlər subsidiyaları daha erkən, avans şəklində almaq imkanı əldə edəcəklər.

Yeni mexanizmin tətbiqində əsas məqsəd fermerlərin maliyyə imkanlarını genişləndirmək və kənd təsərrüfatı fəaliyyətinin daha səmərəli təşkilinə dəstək göstərməkdir.

Skat.az - Ev və Avtomobil elanları