SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış

Milli Məclis

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir.

Parlament tarixi
1918–1920-ci illərdə
Əsas məqalə: Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti
İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər. Bundan başqa, dəlilər, karlar və qəyyum altında olanlar səs verə bilməzdilər. Eyni zamanda, həbsdə olanlar və fərarilər də səsvermə hüququndan məhrum idilər. Seçkilərdə iştirak etmək üçün azı 100 imza toplamaq vacib idi.

1920–1991-ci illərdə
Əsas məqalə: Azərbaycan SSR Ali Soveti

Məzmun əlavə edərək kömək edə bilərsiniz.
1990–1995-ci illərdə
1991-ci ilin avqustun 30-da Azərbaycan ikinci müstəqillik əldə etdikdən, 18 oktyabr tarixində Müstəqillik haqqında Konstitusiya Aktı keçmiş Ali Sovet tərəfindən qəbul olunduqdan sonra parlamentin fəaliyyətində dəyişikliklər zərurəti yarandı.

Keçmiş Ali Sovetdəki "Demokratik" Blokun üzvləri parlamentin iclaslarının az keçirilməsinə etiraz edərək, onun daha çevik fəaliyyət göstərməsinə nail olunması üçün 50 nəfərdən ibarət Milli Şuranın yaradılması təklifi ilə çıxış etdilər.

Uzun sürən gərgin müzakirələrdən sonra əksəriyyəti keçmiş kommunistlərdən olan Ali Sovet, keçmiş Ayaz Mütəllibov hakimiyyəti 25-i hökumətyönlülərdən, 25-i "demblokçu"lardan olan ibarət olan 50 nəfərlik Milli Şuranın yaradılmasına razılıq verdilər.

Beləliklə, 1991-ci ilin sonlarına yaxın 360 nəfərdən ibarət olan Ali Sovetin daimi fəaliyyət göstərəcək orqanı-Milli Şura yaradıldı və bu tərkibdə ilk Milli Şuranın (sonradan adı dəyişdirilərək Milli Məclis adlandırıldı) üzvləri təsdiqləndilər.

1995-ci ildən etibarən
Əsas məqalə: Azərbaycan Ali Sovetinin Milli Şurası
1995-ci ildən etibarən Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini Milli Məclis yerinə yetirir və 5 ildə bir dəfə olaraq Milli Məclisə 125 mandat üzrə 125 seçici dairəsində majoritar qaydada seçkilər keçirilir.

Sonuncu dəfə 2000-ci il Parlament Seçkilərində 100 millətvəkili majoritar (çoxluq) 25 millətvəkili isə proporsional (nisbi) səsvermə sistemi ilə seçildi. 2002-ci ildə keçirilən referendum ilə proporsional səsvermə ləğv edildi.

Milli Məclis tarixində ilk dəfə V çağırış ərzində, 2019-cu ildə iqtidar partiyası Yeni Azərbaycan Partiyasının tələbi ilə Milli Məclis buraxılmış və ilk dəfə növbədənkənar parlament seçkiləri təyin edilmişdir.

İndiyədək 6 çağırış ərzində Milli Məclis rəhbərliyi Yeni Azərbaycan Partiyası və bitərəflərdən ibarət olub. İlk dəfə VI çağırışda başqa partiyadan — Vətəndaş Həmrəyliyi Partiyasından seçilən millətvəkili Fəzail İbrahimli Mill Məclis rəhbərliyində təmsil olunmuşdur. O Milli Məclisin sədr müavini vəzifəsinə iştirak edən 115 deputatdan 112-sinin təsdiqi ilə seçilmişdir.

Parlament tarixində ən çox millətvəkili sayına sahib partiya 78 millətvəkili ilə II çağırış ərzində Yeni Azərbaycan Partiyası, ikinci partiya isə 7 millətvəkili ilə II çağırış ərzində Azərbaycan Xalq Cəbhəsi Partiyası (2001) və I çağırış ərzində Azərbaycan Demokrat Partiyası (2000) olmuşdur.

Təşkilat
Milli Məclis 125 deputatdan ibarətdir. Onlardan 4-ü rəhbərlikdə təmsil olunur. Deputatlardan təşkil olunan 15 daimi komitə və 2 komissiya (İntizam və Hesablayıcı) var. Milli Məclisin Aparatı rəhbər, 1 müavin, katiblik, 10 şöbə, 23 sektor, işlər müdirinin xidmətindən ibarətdir.

Qərbin siyasətinin əsl üzü ortaya çıxdı: Bill Qeyts əslində nə demək istəyib?
Ölkə
14.11.2026 20:47
Qərbin siyasətinin əsl üzü ortaya çıxdı: Bill Qeyts əslində nə demək istəyib?
Gələcəyin şəhərlərini gənclər necə görür?
Sosial
14.11.2026 13:28
Gələcəyin şəhərlərini gənclər necə görür?
Qubada şəhid övladları üçün “Zəfər nəsli” düşərgəsi keçirilib
Quba
09.11.2026 18:22
Qubada şəhid övladları üçün “Zəfər nəsli” düşərgəsi keçirilib
Gənclərin və könüllülərin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbirlər - FOTO
Ölkə
08.11.2026 20:34
Gənclərin və könüllülərin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbirlər - FOTO
Rəsmilər Bakıda Zəfər parkında olublar
Ölkə
08.11.2026 12:27
Rəsmilər Bakıda Zəfər parkında olublar
Əlillik müavinəti düzəltmək adı ilə evini əlindən aldı - MƏHKƏMƏ
Kriminal
08.11.2026 08:46
Əlillik müavinəti düzəltmək adı ilə evini əlindən aldı - MƏHKƏMƏ
Azərbaycan 25 ildən sonra aqrar sektoru vergiyə cəlb etməyə hazırlaşır
Kənd təsərrüfatı
05.11.2026 20:39
Azərbaycan 25 ildən sonra aqrar sektoru vergiyə cəlb etməyə hazırlaşır
Naqif Həmzəyev: Məqsəd yerli kadrların hazırlanmasıdır
Kənd təsərrüfatı
04.11.2026 13:39
Naqif Həmzəyev: "Məqsəd yerli kadrların hazırlanmasıdır"
Səbinə Əliyeva yenidən ombudsman seçildi
Ölkə
03.11.2026 14:06
Səbinə Əliyeva yenidən ombudsman seçildi
“Ürək transplantasiyası həftəsi”ndə elmi-praktik konfrans keçirildi
Sağlamlıq
31.10.2026 20:43
“Ürək transplantasiyası həftəsi”ndə elmi-praktik konfrans keçirildi
Tibbi sığortanın qaranlıq tərəfləri: Pasient niyə əlavə pul ödəyir
Sağlamlıq
25.10.2026 16:11
Tibbi sığortanın qaranlıq tərəfləri: Pasient niyə əlavə pul ödəyir
Milli Məclisdə Malayziya holdinqinin təşəbbüsü ilə görüş keçirilib
Ölkə
22.10.2026 11:47
Milli Məclisdə Malayziya holdinqinin təşəbbüsü ilə görüş keçirilib
Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Ölkə
18.10.2026 09:30
Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
SOCAR-ın tərəfdaşının filialı qeydiyyatdan keçdi
İqtisadiyyat
10.10.2026 22:41
SOCAR-ın tərəfdaşının filialı qeydiyyatdan keçdi
Azərbaycanda bir məcəllə və 4 qanun dəyişdirilir
Kənd təsərrüfatı
07.10.2026 10:49
Azərbaycanda bir məcəllə və 4 qanun dəyişdirilir
Rüşvət alanlar barədə məlumat verəni 10 min manat mükafat gözləyir
Ölkə
06.10.2026 19:04
Rüşvət alanlar barədə məlumat verəni 10 min manat mükafat gözləyir
Azərbaycanda aqrar sahə ilə bağlı 4 qanun ləğv olunur
Kənd təsərrüfatı
05.10.2026 13:01
Azərbaycanda aqrar sahə ilə bağlı 4 qanun ləğv olunur
Xarici dərmanlara ALTERNATİV GƏLİR? – Azərbaycanda istehsal kəskin artdı
Sağlamlıq
03.10.2026 16:27
Xarici dərmanlara ALTERNATİV GƏLİR? – Azərbaycanda istehsal kəskin artdı
Hesablama Palatası 12 min manat maaş alacaq şəxsin fəaliyyətini yoxlayıb
Maliyyə
01.10.2026 10:09
Hesablama Palatası 12 min manat maaş alacaq şəxsin fəaliyyətini yoxlayıb
Milli Məclisin BƏYANATI: Onların adları dövlətçilik tariximizdə əbədi qalacaqdır
Ölkə
30.09.2026 13:15
Milli Məclisin BƏYANATI: "Onların adları dövlətçilik tariximizdə əbədi qalacaqdır"
Gəncədə Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Gəncə
27.09.2026 17:52
Gəncədə Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında oldular - FOTO
Ölkə
27.09.2026 15:41
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında oldular - FOTO
Milli Məclisin ən çox diplomu olan deputatları - SİYAHI
Ölkə
24.09.2026 22:46
Milli Məclisin ən çox diplomu olan deputatları - SİYAHI
Fermerlərin məhsulu maliyyə təminatına çevriləcək – YENİ QANUN LAYİHƏSİ
Kənd təsərrüfatı
18.09.2026 15:28
Fermerlərin məhsulu maliyyə təminatına çevriləcək – YENİ QANUN LAYİHƏSİ
Azərbaycan Mərkəzi Bankı maliyyə qruplarına da “göz qoyacaq”
Maliyyə
17.09.2026 17:44
Azərbaycan Mərkəzi Bankı maliyyə qruplarına da “göz qoyacaq”
Hərbi qulluqçuların rütbə müddəti DƏYİŞİR – YENİ TƏKLİF
Ölkə
16.09.2026 19:32
Hərbi qulluqçuların rütbə müddəti DƏYİŞİR – YENİ TƏKLİF
Şəkidə şəhid və qazi övladları yay düşərgəsinə toplaşıb - FOTO
Şəki
14.09.2026 23:16
Şəkidə şəhid və qazi övladları yay düşərgəsinə toplaşıb - FOTO