SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Rəsmilər Bakıda Zəfər parkında olublar

Rəsmilər Bakıda Zəfər parkında olublar

  • 08 noyabr 2026, 12:27

8 Noyabr - Zəfər Günündə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar.

Yurd.Media xəbər verir ki, dövlət və hökumət rəsmiləri Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən, Şuşanın işğaldan azad olunduğu gün - 8 noyabr ölkəmizdə hər il Zəfər Günü kimi qeyd edilir.

Skat.az - Ev və Avtomobil elanları