SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında oldular - FOTO

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında oldular - FOTO

  • 27 sentyabr 2026, 15:41

Anım Günündə Azərbaycanın Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar.

Nazirlər Kabinetindən Yurd.Media-ya bildirilib ki, dövlət və hökumət rəsmiləri Zəfər abidəsinin önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsinin başladığı gün - 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünyada yaşayan azərbaycanlılar Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla anırlar.

Skat.az - Ev və Avtomobil elanları