SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Maliyyə Nazirliyi ictimai birliyi CƏRİMƏLƏDİ

Maliyyə Nazirliyi ictimai birliyi CƏRİMƏLƏDİ

  • 14 noyabr 2026, 16:29

“Qədim Azərbaycan Maddi Mədəniyyətinin Araşdırmaları” İctimai Birliyi mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu barədə Maliyyə Nazirliyinin Səbail Rayon Məhkəməsinə göndərdiyi protokolda qeyd olunub. 

Məlumata görə, “Qədim Azərbaycan Maddi Mədəniyyətinin Araşdırmaları” İctimai Birliyi 2025-ci il üzrə maliyyə hesabatlarını protokolu tərtib edən orqana təqdim etməyib. 

Bununla da İctimai Birlik mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol verib. 

Birliyin barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib və Səbail Rayon Məhkəməsinin qərarı ilə 1500 manat məbləğində cərimə olunub.

Skat.az - Ev və Avtomobil elanları