Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərən “BeeOnline” internet şirkəti provayder xidmətlərini dayandırıb.
Şirkətdən Yurd.Media-ya verilən məlumata görə, "Beeonline" ASC (Açıq Səhmdar Cəmiyyəti) provayder fəaliyyətini "Azlink" MMC-yə ötürüb.
Qeyd edək ki, informasiya və kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərən “BeeOnline” brendi altında abunəçilərə müxtəlif telekommunikasiya xidmətləri təklif edən internet şirkətidir.
"Beeonline" ASC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 697 000 manat olan şirkətin direktoru Hikmət Məmmədlidir.