“Baku Shipyard” şirkətində direktor öz vəzifəsini tərk edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Xəzər dənizi hövzəsində ən böyük və müasir gəmiqayırma zavodu olan “Bakı Gəmiqayırma Zavodu” MMC (“Baku Shipyard”) Layihələrin idarəedilməsi ofisinin direktoru Siyavuş Axundov vəzifəsindən ayrılıb.
Siyavuş Axundov 2025-ci ilin avqustundan 2026-cı ilin sentyabrınadək bu vəzifəni icra edib.
O, bundan əvvəl, 2024-cü ilin avqustundan 2025-ci ilin avqustunadək şirkətin İdarə Heyətinin sədrinin müşaviri, 2023-cü ilin martından 2024-cü ilin avqustunadək kommersiya meneceri, 2020-ci ilin martından 2024-cü ilin martınadək satınalma və təchizat zəncirinin idarə edilməsi üzrə menecer vəzifələrində çalışıb.
S.Axundov 2016-cı ilin yanvarından 2020-ci ilin martınadək əməliyyatlar üzrə menecer müavini, 2015-ci ilin iyulundan 2016-cı ilin yanvarınadək layihə meneceri, 2014-cü ilin iyulundan 2015-ci ilin iyulunadək layihə menecerinin köməkçisi, 2013-cü ilin iyulundan 2014-cü ilin iyulunadək layihə mühəndisi, 2012-ci ilin avqustundan 2013-cü ilin iyulunadək isə layihə mühəndisinin köməkçisi olub.
O, karyerasına 2010-cu ilin dekabrında SOCAR-da texniki mütəxəssis kimi başlayıb və 2012-ci ilin avqustunadək bu vəzifədə çalışıb.
Qeyd edək ki, “Baku Shipyard” Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində
fəaliyyət göstərir. Sahəsi 620 min kvadratmetr olan Bakı Gəmiqayırma Zavodu Xəzər hövzəsinin ən böyük gəmiqayırma zavodudur. Açılış mərasimi 2013-cü il sentyabrın 20-də baş tutan zavod Finlandiya, Niderland, Almaniya, Çexiya, Cənubi Koreya, Sinqapur və digər dövlətlərdə istehsal olunan avadanlıqlarla təchiz olunub.
Siyavuş Axundov