SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Unibankın İdarə Heyətinin sədri özünə köməkçi axtarır

"Unibank"ın İdarə Heyətinin sədri özünə köməkçi axtarır

  • 13 noyabr 2026, 16:46

"Unibank"ın İdarə Heyətinin sədri özünə köməkçi axtarır.

Yurd.Media xəbər verir ki, bu barədə bank vakansiya elan edib.

Bu gün elan olunan vakansiya ilə bağlı son müraciət tarixi noyabrın 29-u müəyyənləşib.

Köməkçinin vəzifələri sırasına rəhbərin gündəlik iş qrafikinin, görüşlərinin, iclaslarının və qəbulunun planlaşdırılması və koordinasiyası, zəruri məlumatların, sənədlərin və təqdimat materiallarının hazırlanması, toplanması və sistemləşdirilməsi, rəsmi görüşlərin, biznes tədbirlərinin, iclasların və işgüzar səfərlərin təşkilində və koordinasiyasında iştirak etməsi, rəhbərin tapşırığı ilə müxtəlif məsələlər üzrə məlumatların araşdırılması, ümumiləşdirilməsi və müvafiq təkliflərin hazırlanması, xüsusi və təcili tapşırıqların operativ icrasının təmin edilməsi və nəticələrin rəhbərə təqdim olunması kimi vəzifələr daxildir.

Tələblərə gəldikdə sədrin köməkçisi ali təhsilli olmalı, rus və ingilis dilini bilməli, MS Office proqramlarında sərbəst işləməyi bacarmalıdır və s.

Qeyd edək ki, Unibankın İdarə Heyətinin Sədri Valentin Morozovdur.

Skat.az - Ev və Avtomobil elanları