SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
SOCAR-a məxsus şirkətə yeni rəhbər təyin edildi

SOCAR-a məxsus şirkətə yeni rəhbər təyin edildi

  • 12 noyabr 2026, 14:17

"SOCAR-Fugro" MMC-nin direktoru vəzifəsini icra edəcək şəxs müəyyənləşib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, "SOCAR-Fugro"nun baş direktorunun səlahiyyətlərinin icrası Vüsal Şükürova həvalə olunub.

V.Şükürov bu ilin aprel ayından "SOCAR Fugro"da baş direktorun müşaviri vəzifəsində çalışıb. 

O, bundan əvvəl 2024-cü ilin yanvarından 2026-cı ilin may ayınadək İraqda fəaliyyət göstərən “Rumaila Operating Organisation” şirkətində baş müqavilələr üzrə menecer vəzifəsində çalışıb.

Vüsal Şükürov 2020-ci ilin mayından 2023-cü ilin avqustunadək “Prokon Trading” şirkətinin baş direktoru olub. Eyni zamanda 2018-2022-ci illərdə “PROKON LLC” şirkətində satınalma və təchizat zəncirinin idarə edilməsi üzrə menecer vəzifəsini tutub.

Onun əvvəlki iş təcrübəsinə Türkiyədə “Worley”, Azərbaycanda “Shawcor” və “MST Group”, Səudiyyə Ərəbistanında “Saudi Aramco” şirkətlərində müqavilələr üzrə rəhbər vəzifələr daxildir.

V.Şükürov 2006-2013-cü illərdə BP-də baş müqavilə mütəxəssisi, 2005-2006-cı illərdə isə “Deloitte” şirkətində audit assistenti kimi fəaliyyət göstərib.

Xatırladaq ki, ''SOCAR-Fugro'' MMC 2013-cü ildə yaradılıb (SOCAR - 51%, "Fugro N.V." (Hollandiya) - 49%). Şirkət dənizdə mühəndis-geoloji tədqiqat, geokimyəvi və stratiqrafik axtarış, naviqasiya və mövqeləndirmə təminatı işlərinin yerinə yetirilməsi, laboratoriya tədqiqatları, analiz və hidrotexniki qurğulara nəzarət, geofiziki tədqiqatların nəticələrinin emalı və interpretasiyası ilə məşğuldur.

Vüsal ŞükürovVüsal Şükürov

Skat.az - Ev və Avtomobil elanları