SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Maliyyə Nazirliyi 3 milyon manata qədər borca düşmüş şirkəti CƏRİMƏLƏDİ

Maliyyə Nazirliyi 3 milyon manata qədər borca düşmüş şirkəti CƏRİMƏLƏDİ

  • 12 noyabr 2026, 10:48

“R-İdeal Group” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin Uçot Siyasəti Şöbəsi tərəfindən MMC-də yoxlama aparılıb. 

Məlum olub ki, idxal-ixrac ticarəti və müxtəlif kommersiya fəaliyyətləri ilə məşğul olan “R-İdeal Group”da 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb. 

Bu səbəbdən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə “R-İdeal Group” MMC 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, “R-İdeal Group” MMC 2021-ci ildən fəaliyyət göstərir. Direktoru Əfqan Məmmədov olan şirkətin hazırda 2,7 milyon manat vergi borcu yığılıb.

Skat.az - Ev və Avtomobil elanları