SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Toya hazırlaşanların axtardığı hər şey bir sərgidə - FOTO

Toya hazırlaşanların axtardığı hər şey bir sərgidə - FOTO

Bakı

Bakı Ekspo Mərkəzində “Ailə və Toy Sərgisi 2026” keçirilir.

Yurd.Media xəbər verir ki, sərgidə toy və ailə sənayesi sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlər, müxtəlif brendlər və xidmət təminatçıları öz məhsul və xidmətlərini təqdim edirlər.

Ziyarətçilərə gəlinlik və bəy geyimləri, zinət əşyaları, toy aksesuarları, dekorasiya və dizayn xidmətləri, dəvətnamələr, foto və video çəkiliş xidmətləri, eləcə də toy məkanları və təşkilatçılıqla bağlı müxtəlif təkliflər təqdim olunur.

Tədbir çərçivəsində müxtəlif brendlər tərəfindən xüsusi endirim kampaniyaları həyata keçirilir. Həmçinin ziyarətçilər üçün hədiyyələr, sürprizlər və dəyərli uduşların nəzərdə tutulduğu lotereya təşkil edilir.

Sərginin əsas məqsədi toy və ailə həyatı ilə bağlı məhsul və xidmətləri bir məkanda birləşdirmək, ziyarətçilərin müxtəlif brendlərlə birbaşa əlaqə yaratmasına və sərfəli alış-veriş etməsinə imkan yaratmaqdır.

Qeyd edək ki, noyabrın 15-dək davam edəcək sərgi hər gün saat 10:00-dan 18:00-dək ziyarətçilər üçün açıqdır. Giriş ödənişsizdir.

Ziyarətçilərin rahat gediş-gəlişini təmin etmək məqsədilə hər üç gün ərzində “Koroğlu” metro stansiyasından Bakı Ekspo Mərkəzinə pulsuz avtobuslar təşkil olunub.

Skat.az - Ev və Avtomobil elanları