Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə D-8 çərçivəsində görüş keçirilib.
Yurd.Media xəbər verir ki, bunu Komitənin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, görüş “Yaradıcı İqtisadiyyat və Maliyyə Mərkəzi” (CEFC) adlı xüsusi mandatı həyata keçirən Malayziyanın tanınmış “Al-Hidayah Group” şirkətlər qrupunun təşəbbüsü ilə CEFC-nin rəhbər heyəti ilə baş tutub.