SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
SOCAR-ın tərəfdaşının filialı qeydiyyatdan keçdi

SOCAR-ın tərəfdaşının filialı qeydiyyatdan keçdi

  • 10 oktyabr 2026, 22:41

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkətinin yerli filialını dövlət qeydiyyatına alıb.

Yurd.Media xəbər verir ki, filialın hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 69E, qanuni təmsilçisi isə Kolumbiya vətəndaşı Villalobos Herrera Hector Enrique-dir.

Xatırladaq ki, bu il fevralın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Kanadanın "Gran Tierra Energy Inc." şirkəti arasında Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Sənədi iki şirkətin prezidentləri Rövşən Nəcəf və Gary Guidry imzalayıblar.

Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." 65 % iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.

İyunun 10-da Nazirlər Kabineti Sazişlə bağlı Azərbaycan Hökumətinin təminatı və öhdəliklərini təsdiq edib, sentyabrın 30-da isə Milli Məclis sənədi ratifikasiya edib. Sənəddə SOCAR-ın maraqlarını təmsil edəcək şirkət kimi onun törəməsi "SOCAR Quba-Xəzəryanı" MMC göstərilib. Bu şirkət ötən il oktyabrın 3-də 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, qanuni təmsilçisi Elnur Dövlət oğlu Ağatağıyevdir.//Report

Skat.az - Ev və Avtomobil elanları