Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sənayesində 18 500,7 milyon manat dəyərində məhsul istehsal olunub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% çoxdur.
9 ayda sektorun ümumi sənaye istehsalında payı 31,6% təşkil edib.