SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“Bakı Neft Maşınqayırma Zavodu”nun borcu kəskin artıb

“Bakı Neft Maşınqayırma Zavodu”nun borcu kəskin artıb

  • 18 noyabr 2026, 18:11

“Bakı Neft Maşınqayırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə vergi borcu kəskin artıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, müəssisənin vergi borcu ayın əvvəlindən bəri 90 min manat artaraq 427 min manata çatıb. 

Qeyd edək ki, 2010-cu ildə yaradılan zavodun direktoru Elxan Vəliyevdir.

Zavod 2026-cı ilin yanvarında nizamnamə kapitalını 16 milyon manatdan 100 manata endirdiyini elan edib. 

“Bakı Neft Maşınqayırma Zavodu” 2019-cu ildə özəlləşdirilib. Özəlləşdirmə zamanı investor dövlət büdcəsinə 4,7 milyon manat ödəməyi və 10,2 milyon manatlıq investisiya proqramını həyata keçirməyi öhdəsinə götürüb.

Bundan başqa, investor zavodun Dövlət Sosial Müdafiə Fonduna 1,9 milyon manat, işçilərə isə təxminən 115 min manat borcunun ödənilməsini də üzərinə götürüb.

Müəssisə neft-qaz sənayesində istifadə olunan avadanlıqların istehsalı üzrə ixtisaslaşıb. 

Skat.az - Ev və Avtomobil elanları