Bu ilin oktyabr ayında Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı sentyabra nisbətən 0,1%, ötən ilin eyni dövrünə nisbətən isə 4,7% təşkil edib.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, ay ərzində geyimlərin kimyəvi təmizlənməsi və ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidmətləri bahalaşıb, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri ucuzlaşıb.
Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.