SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycanda dağ-mədən şirkətinə yeni baş direktor təyin edildi

Azərbaycanda dağ-mədən şirkətinə yeni baş direktor təyin edildi

  • 06 noyabr 2026, 18:14

Mədənçıxarma, neft və qaz, Neft-qaz xidmətləri sahəsində xidmət göstərən “Premium Mining” MMC-də rəhbər təyinatı baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Xəyyam Osmanov “Premium Mining”də baş direktor təyin olunub.

Xəyyam Osmanov yeni təyinatından əvvəl, 2025-ci ilin dekabrından 2026-cı ilin oktyabrınadək “Prime Light” MMC-də əməliyyat direktoru, 2024-cü ilin sentyabrından 2025-ci ilin dekabrınadək isə təchizat zəncirinin rəhbəri olub.

O, 2022-ci ilin fevralından 2024-cü ilin sentyabrınadək “Pepsi Bottlers Azerbaijan”da logistika departamentinin direktoru, 2021-ci ilin yanvarından 2022-ci ilin fevralınadək isə məhsul çatdırılması departamentinin rəhbəri vəzifəsində çalışıb.

X.Osmanov 2020-ci ilin iyulundan 2022-ci ilin fevralınadək “AZ FP Co LTD” (“Azerbaijan Food & Packaging Company” – “Milla”) şirkətində logistika və məhsul çatdırılması departamentinin rəhbəri olub.

Bundan əvvəl o, 2019-cu ilin avqustundan 2020-ci ilin avqustunadək “AZFEN” MMC-də baş logistika və nəqliyyat mütəxəssisi-mühəndis, 2015-ci ilin yanvarından 2019-cu ilin avqustunadək logistika və nəqliyyat mütəxəssisi, 2013-cü ilin sentyabrından 2015-ci ilin yanvarınadək isə “Marmar Granit” şirkətində logistika mütəxəssisi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, “Premium Mining” şirkəti Azərbaycanda dağ-mədən sənayesində 10 ildən artıqdır fəaliyyət göstərir.

2013-cü ildən Azərbaycanda fəaliyyətə başlamış “Premium Transport” MMC şirkəti 2023-cü ilin sentyabr ayından etibarən fəaliyyətini  “Premium Mining” MMC adı ilə davam etdirir. Şirkətin əsas fəaliyyəti mühəndis geologiyası, geoloji kəşfiyyat, topoqrafiya, mədən ərazilərində yol inşaatı, rekultivasiya, infrastrukturun yaradılması, partlayış əməliyyatları və daşıma işlərindən ibarətdir.

Xəyyam OsmanovXəyyam Osmanov

Skat.az - Ev və Avtomobil elanları