SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
ABƏŞ mənfəət vergisi ödəmələrini 85%-dən çox artırıb

ABƏŞ mənfəət vergisi ödəmələrini 85%-dən çox artırıb

  • 05 noyabr 2026, 14:52

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 461,1 milyon manat mənfəət vergisi ödəyib.

Bu barədə Yurd.Media-ya şirkətdən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 85,3% çoxdur.

ABƏŞ 1994-cü ildə "Xəzərin Azərbaycan sektorunda neft yataqlarının müştərək işlədilməsi və istifadəyə verilməsi" haqqında imzalanmış müqavilənin payçıları adından onun şərtlərini həyata keçirmək məqsədilə yaradılıb. Buraya 7 ölkəni (Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı) təmsil edən 11 iri neft şirkəti daxildir.

Skat.az - Ev və Avtomobil elanları