SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycan neftinin qiyməti 126 dolları keçib

Azərbaycan neftinin qiyməti 126 dolları keçib

  • 31 oktyabr 2026, 10:13

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,88 ABŞ dolları və ya 3,17 % artaraq 126,16 ABŞ dolları təşkil edib.

Yurd.Media xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 118,76 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,1 ABŞ dolları və ya 3,65 % artaraq 116,48 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Skat.az - Ev və Avtomobil elanları