Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 467 ədəd xüsusi təyinatlı avtomobil idxal edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,2% çoxdur.
Son 1 ildə xüsusi təyinatlı avtomobillərin idxalına çəkilən xərc isə 60% artaraq 53,8 milyon ABŞ dolları təşkil edib.