Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti tərəfindən təsis edilmiş “Azerbaijan Metal Company” MMC-də iki yeni təyinat olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Nərminə Qardaşxanova “Azerbaijan Metal Company” şirkətində yeni vəzifəyə təyin olunub.
O, şirkətdə Baş inzibati direktor və baş direktorun müavini vəzifəsini icra etməyə başlayıb.
Nərminə Qardaşxanova 2026-cı ilin may ayından oktyabr ayınadək “Azerbaijan Metal Company”də Uyğunluq və Daxili Nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Nərminə QardaşxanovaBundan əlavə, Sübhan Əsgərzadə “Azerbaijan Metal Company” şirkətində layihə meneceri vəzifəsinə təyin olunub.
Sübhan Əsgərzadə bundan əvvəl SOCAR-KBR şirkətində layihə meneceri vəzifəsində çalışıb. O, 2024-cü ilin avqustundan 2025-ci ilin dekabrınadək həmin şirkətdə baş layihə nəzarəti mühəndisi olub.
O, 2022-ci ilin dekabrından 2024-cü ilin avqustunadək PD&MS Group şirkətində planlaşdırma mühəndisi, 2020-ci ilin dekabrından 2022-ci ilin dekabrınadək EFC Project Management Services şirkətində layihə nəzarəti mühəndisi vəzifələrində işləyib.
Sübhan Əsgərzadə 2018-ci ilin oktyabrından 2020-ci ilin noyabrınadək isə “AzerGold” QSC-də layihə mühəndisi kimi fəaliyyət göstərib.
Sübhan Əsgərzadə