SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycan elektromobil və hibrid avtomobil idxalını yarıdan çox azaltdı

Azərbaycan elektromobil və hibrid avtomobil idxalını yarıdan çox azaltdı

  • 26 oktyabr 2026, 15:23

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 680 elektromobil idxal edib.

Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,4% azdır.

Son 1 ildə elektromobil idxalına çəkilən xərc isə 63,6% azalaraq 17,5 milyon ABŞ dollarına düşüb.

Bundan başqa, 9 ay ərzində ölkəyə 16 795 hibrid avtomobil gətirilib. Bu isə 1 il əvvələ nisbətən 62,2% azdır.

İl ərzində bu növ avtomobillərin idxalına çəkilən xərc isə 57,2% azalaraq 372,1 milyon dollar təşkil edib.

Skat.az - Ev və Avtomobil elanları