SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Tural Yusifli “Stevedoring” şirkətində rəhbər vəzifəyə təyin olunub

Tural Yusifli “Stevedoring” şirkətində rəhbər vəzifəyə təyin olunub

  • 30 oktyabr 2026, 19:47

Yükaşırma və saxlama xidmətləri göstərən “Stevedoring” MMC-nin rəhbərliyində təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Tural Yusifli “Stevedoring” MMC-nin baş icraçı direktorunun müavini təyin olunub. 

Tural Yusifli yeni təyinatı ilə bağlı paylaşımında Orta Dəhlizin inkişafına töhfə verməyə ümid etdiyini bildirib.

O, bundan əvvəl 2025-ci ilin iyulundan 2026-cı ilin avqustunadək “Mingəçevir Tekstil” şirkətində logistika meneceri vəzifəsində çalışıb.

Tural Yusifli 2024-cü ilin oktyabrından 2026-cı ilin iyulunadək isə “Prime Cotton” şirkətində satış və logistika departamentinin rəhbəri olub.

Tural YusifliTural Yusifli

Skat.az - Ev və Avtomobil elanları