2027-ci ildə Azərbaycanda dövlət büdcəsinin yerli gəlirləri ümumi gəlirlərin 1,9%-i qədər – 735,6 milyon manat təşkil edəcək.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, büdcə gəlirlərinin 98,1%-i və 38 518,4 milyon manatı isə mərkəzləşdirilmiş gəlirlər olacaq.
Bundan başqa, gələn il büdcə xərclərinin 1,7%-ni və 735,6 milyon manatını yerli xərclər, 98,3%-ni və yaxud 41 664,4 milyon manatını isə mərkəzləşdirilmiş xərclər təşkil edəcək.